19 yanvar 2022 08:41
1312

Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bunu "İki sahil"ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hazırda araşdırma davam edir.

DİN rəsmisi əlavə edib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.