19 yanvar 2022 19:19
888

Yardımlıda Ümumxalq Hüzn Günü ilə əlaqədar növbəti tədbir

Yanvarın 18-də Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Yardımlı şəhər 1 saylı tam orta məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə adıçəkilən məktəbin müəllim və şagird heyəti iştirak edib. Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxış edən Muzeyin baş fond mühafizi İlqar Həsənov 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb: "Otuz iki il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib. O dövrdə xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həmin vaxt həyatına olan təhlükələrdən çəkinməyərək, sovet hakimiyyətinin cinayətkar əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu".

Tədbir iştirakçılarına o dövrki ictimai-siyasi proseslər barədə məlumat verən Muzeyin digər əməkdaşı Əlisəfa Əhmədov qeyd edib ki, 20 Yanvar hadisələri zamanı ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adı qəlblərdə əbədi olaraq yaşayacaq.

Əlihüseyn Şükürov