24 yanvar 2022 15:13
895

Sumoçularımız Macarıstanda 10 medal qazanıblar FOTO

Yanvarın 22-23-də Macarıstanın Erd şəhərində sumo üzrə böyüklər, gənclər və yeniyetmələr arasında Avropa kuboku keçirilib.

“İki sahil” xəbər verir ki,  bu yarışda Azərbaycan komandası 6 idmançı ilə təmsil olunaraq 10 medal qazanıb.

Böyüklər arasında Xəyyam Abdullayev - I yer, Həsən Ağazadə - II yer, Əli Ağayev - III yer;

Gənclər arasında Həsən Ağazadə - I yer, Əli Ağayev - II yer, Ramazan Bəxtiyarov - III yer;

Yeniyetmələr arasında Əli Ağayev - II yer, Maarif Rəhmətov - III yer, Ramazan Bəxtiyarov (-100 kq) - III yer və mütləq çəkidə - III yerə layiq görülüblər.

Yarışdan sonra təşkil olunmuş təlim-məşq toplanışında idmançılarımız da iştirak edirlər.