Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan”, “Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin gördüyü işlər” “Azərbaycan Respublikası Birinci-vitse prezidenti Mehriban Əliyevanın humanist addımları” mövzularında seminarlara start verilmişdir.
Növbəti seminarla yaxın günlərdə baş tutacaq.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının akt zalında təşkil olunan seminarda YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon icra hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva və rayonun digər tanınmış şəxsləri iştirak ediblər.
Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər. Seminar ulu öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Heydər Əliyev və Azərbaycan” mövzusunda çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov giriş sözü ilə çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərini qeyd edib. O, vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra, Nəsimi rayon icra hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva möhtərəm cənab İlham Əliyevin apardığı mütərəqqi siyasət barədə geniş məruzə ilə çıxış edib: “Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.” Gülarə xanım çıxışını davam etdirərək Azərbaycan Respublikası Birinci-vitse prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirildiyini qeyd etdi.
Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının əməkdaşı Abbas Pənahov Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.
Sonda çıxış edən Nəsimi rayon bələdiyyəsinin sədr müavini Söhrab Həşimov Ulu Öndər Heydər Əliyevin gənclərə göstərmiş olduğu qayğıdan bəhs edib.
Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib
Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB/FOTO