29 yanvar 2022 17:25
933

YAP Nəsimi rayon təşkilatı şəhid ailəsinin qayğıları ilə maraqlanıb

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının nümayəndələri 4 ailə üzvünü Xocalı faciəsində şəhid vermiş Ofelya Məmmədovanı ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, YAP Nəsimi rayon təşkilatının əməkdaşı Sübhan Əmirov şəhid ailəsinin qayğıları ilə maraqlanıb və problemlərinin həlli istiqamətində tezliklə addımlar atılacağını bildirib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.