31 yanvar 2022 14:01
699

Masallıda “Gənclər həftəsi” çərçivəsində sərgi müsabiqəsinə start verilib - FOTO

Masallı rayon Gənclər və İdman İdarəsinin,”Gənclər evi” sosial xidmət müəssisəsinin birgə  təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində "Gənclik-yeni zəfərlərə doğru" mövzusunda rəsm, əl işləri sərgi müsabiqəsinə start verilib.  

Sərginin keçirilməsində əsas məqsəd 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinin təntənəli şəkildə qeyd edilməsi, uşaqlar, yeniyetmə və gənclərin yaradıcı inkişafına təkan verilməsi, onların asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır.

Qeyd edək ki, 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində "Gənclik-yeni zəfərlərə doğru" mövzusunda rəsm, əl işləri sərgi müsabiqəsi fevralın 1-dək davam edəcəkdir.

Müsabiqədə fərqlənənlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən 2 fevral Gənclər Günündə diplomlarla mükafatlandırılacaq.

Əlihüseyn Şükürov