Yanvarın 3-də Masallı rayon Gənclər və İdman İdarəsinin və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində "XXl əsr gənclər əsridir" mövzusunda gənc qazilər arasında tir atıcılığı üzrə rayon birinciliyi keçirilib.
Yarışın əsas məqsədi, 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyinin təntənəli şəkildə qeyd edilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarət olub.
Yarışdan öncə vətən müharibəsi qaziləri “Gənclər həftəsi” çərçivəsində təşkil olunmuş əl işləri və rəsm sərgisi ilə tanış olublar. Sərgiyə baxdıqdan sonar yarışa start verilib.
Birincilikdə iştrak edən gənclər qazilər,öz bacarıqlarını nümayiş etdiriblər. Daha dəqiq nişan alan 3 nəfər qalib gəlmiş iştirakçı I,II,III yerə layiq görülərək, Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə rayon Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırılacaq.
Əlihüseyn Şükürov
Balakəndə qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclas keçirilib
Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə