Dünən, yanvarın 31-d Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli” çərçivəsində “Unudulmayan qəhrəmanlar” adlı tədbir keçirilib. Şuşanın Milli Qəhrəmanlarının tanıdılması məqsədilə təşkil edilən layihənin ilk tədbiri Milli Qəhrəman Ramiz Qəmbərova həsr olunub. Tədbirdə Mərkəzin kollektivi ilə yanaşı, Yardımlı rayon Peşə Məktəbinin müəllim və şagirdləri də iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər - Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə, əməkdaşlardan Aqil Ağayev və adıçəkilən təhsil ocağının direktoru Qabil Ağayev tərəfindən Şuşanın tarixi ilə bağlı bir sıra maraqlı faktlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Onlar eyni zamanda, qəhrəmanlar diyarı olan bu qədim vətən torpağının Birinci Qarabağ savaşında göstərdiyi şücaətdən ətraflı bəhs ediblər. Natiqlər həmçinin Ramiz Qəmbərovun həyatı, təhsil illəri və şərəfli döyüş yolu haqqında geniş məlumatlar veriblər.
Tədbirin sonunda “Şuşa - 270!” adlı sərgiyə və Milli Qəhrəmanın Mərkəzin könüllüsü tərəfindən çəkilən portretinə baxış keçirilib.
Əlihüseyn Şükürov
Balakəndə qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclas keçirilib
Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə