01 fevral 2022 16:04
703

YAP Nəsimi rayon təşkilatı növbəti aztəminatlı ailələrə yardım göstərib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı mütəmadi olaraq aztəminatlı ailələrə, tənha şəxslərə və ahıl insanlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirir.

“İki sahil” xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində rayon təşkilatının sədri Azər Süleymanov rayonun aztəminatlı ailələlərdən olan Şahkərimovlar və Əbdülrəhmanovlar ailəsindən iki nəfəri qəbul edib, onun sosial qayğıları ilə maraqlanıb.

Təşkilat sədri ailələri narahat edən problemlərin həlli istiqamətində dəstək göstərərək, eyni zamanda ailəsinə ərzaq yardımı təqdim edib. Onlarda öz növbələrində partiyaya və Partiyanın Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.