Məlumdur ki, hər il 2 fevral tarixi ölkəmizdə Azərbaycan Gənclər Günü kimi qeyd edilir. Bu gün hər kəsə məlumdur ki, 2 fevralın Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünya görüşlü yeni nəsil yetişmişdir. Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Bu səbəbdən Ümummilli Liderimizin zəngin irsi dərindən öyrənilməli və daim yeni nəslə aşılanmalıdır.
“İki sahil” xəbər verir ki, 2 fevral - Azərbaycan Gənclər Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalları Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, fəallar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən stendlərə, fotosərgilərə baxmışlar və Ulu öndərin irsini dərindən öyrəniblər.
Xalqımızın Ümummilli Liderinin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olan YAP Nəsimi rayon təşkilatının fəalları ulu öndər Heydər Əliyevin bütün ömrü boyu öz xalqı, dövləti və Vətəni naminə çalışdığına bir daha əmin olublar.
Heydər Əliyev Mərkəzini ziyarət edən gənclər qeyd ediblər ki, Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsi daim gənc nəslin qəlbində yaşayacaqdır.
Balakəndə qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclas keçirilib
Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə