Masallı Rayon Təhsil Şöbəsinin növbəti iclası keçirilib.
İclasda Təhsil Şöbəsinin əməkdaşları və məktəb direktorları iştirak ediblər.
Əvvəlcə Vətən torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov 2021-2022-ci tədris ilinin I yarımilinin yekunları barədə məlumat verib. Qeyd edib ki, tədris ilinin birinci yarımilliyində nəzərdə tutulmuş tədbirlər yerinə yetirilmiş, Təhsil Nazirliyinin əmr və tapşırıqlarına icra edilib. Məktəblər pandemiya qaydalarına uyğun hazırlanmış, dezinfeksiya vasitələri ilə təmin olunmuş, tədris və təlim-tərbiyə prosesi xüsusi karantin qaydalarına uyğun təşkil edilmişdir. Təhsil işçilərinin vaksinasiya prosesinə cəlb olunması işləri aparılmış və bu tədbirlər hazırda davam etdirilir.
T.Əkbərov bütün təhsil müəssisələrinin rəhbərlərinə bu işlə daha ciddi məşğul olmağı tapşırdı. Tariyel Əkbərov onu da əlavə etdi ki, məktəblərdə risk qrupuna daxil olan şagirdlərlə ciddi işlər aparılmalıdır. Rayon polis şöbəsi, RTŞ və DQİDK-nın Masallı Rayon Şöbəsinin birlikdə məktəblərdə erkən nikahlara və narkomaniyaya qarşı mübarizə tədbirləri davam etdirilir.
RTŞ-in müdiri Tariyel Əkbərov məktəblərdə neqativ hallara qarşı mübarizə tədbirlərindən danışdı və məktəblərdə yaranmış vakant texniki işçi yerlərinə şəhid və qazi ailələrindən olanlara üstünlük verilməsini tapşırdı.
RTŞ-nin böyük məsləhətçisi Qoşqar Hətəmov Təhsil Nazirliyinin 31 yanvar 2022-ci il tarixli F-43 nömrəli əmri barədə məlumat verib bildirdi ki, Təhsil Nazirliyinin F-450 nömrəli əmrində nəzərdə tutulmuş tədbirlərin icrası tədris ili ərzində davam etdiriləcəkdir.
Qoşqar Hətəmov qeyd edib ki, respublika Fənn Olimpiadalarının rayon mərhələsində 335 şagird iştirak edib, onlardan 81-i yarımfinala vəsiqə qazanıb. O, həmçinin IX və XI sinif şagirdləri üçün keçiriləcək buraxılış imtahanları haqqında məlumat verərək göstərib ki, Nazirliyin və DİM-in verdiyi məlumata görə XI və IX sinif şagirdləri üçün keçiriləcək buraxılış imtahanları müvafiq olaraq bu ilin mart və aprel aylarında keçiriləcəkdir.
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov bağça müdirlərinə də öz tövsiyə və tapşırıqlarını verdi.
Axırda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Əlihüseyn Şükürov
Balakəndə qəhvəyi mərmər bağacığı ilə mübarizəyə həsr olunmuş növbəti iclas keçirilib
Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə