02 fevral 2022 14:55
1024

Yardımlıda Azərbaycan Gəncləri Günü münasibətilə “dəyirmi masa” keçirilib - FOTO

Yardımlı rayon Mərkəzi Kitabxanasında “2 Fevral - Azərbaycan Gəncləri Günüdür” adı altında dəyirmi masa keçirilib. Tədbirdə Yardımlı Rayon Gənclər və İdman İdarəsi və bir qrup gənc iştirak ediblər.

Tədbiri giriş sözü ilə Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rahim Səfərov açaraq mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. R. Səfərov çıxışında bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Qeyd edilib ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Sonra çıxış edən Yardımlı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şabıyev əlamətdar gün münasibətilə gəncləri təbrik edib, qalib ölkənin gəncləri olaraq ölkənin inkişafı üçün qarşıda duran vəzifələrdən danışıb.

Gənclər adından çıxış edən Rəvan Tahirli isə gənclərə göstərilən qayğı və diqqətə görə ölkə başçısına minnətdarlığını bidirib, daim dövlət və dövlətçiliyə xidmət edəcəklərini vurğulayıb.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Əlihüseyn Şükürov