02 fevral 2022 16:30
787

Cəlilabadda Gənclər Günü ilə əlaqədar tədbir keçirilib - FOTO

Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar "Ulu Öndər və gənclər siyasəti" adlı tədbir keçirilib.

Əvvəlcə, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mərkəzin direktoru Ofeliya Qəhrəmanova və digər çıxışçılar qeyd ediblər ki, gənclər siyasətinin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev də hər zaman malik olduqları qabiliyyət və intellektual imkanlarına görə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb. Nəticədə xalqın gələcəyini müəyyən edən və cəmiyyətdə əhəmiyyətli üstünlüyə malik olan gənclərin problemlərinin həlli məsələsi dövlət siyasəti səviyyəsinə yüksəldilib.

Əlihüseyn Şükürov