02 fevral 2022 16:55
624

Küləyin təsirindən Azərbaycan ərazisinə düşən İran bayrağı təhvil verilib

Fevral ayının 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan Respublikasının ərazi­sinə düş­məsi sərhəd naryadı tərəfindən aşkarlanıb.

“İki sahil” xəbər verir ki,  DSX-dan verilən məlumata görə, İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətiriib, Azərbaycan Respublikasının və İran İslam Respublikasının sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumat­lan­dırılıb.

Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.