02 fevral 2022 21:20
807

Parlament nümayəndə heyəti Riqada “Azadlıq” abidəsini ziyarət edib FOTO

Parlament nümayəndə heyəti Riqada “Azadlıq” abidəsini ziyarət edib

Parlament nümayəndə heyəti Riqada “Azadlıq” abidəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki,  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Azərbaycan parlament nümayəndə heyətinin Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova və Latviya Respublikası Seyminin sədri İnara Murniyetse Riqa şəhərində “Azadlıq” abidəsini ziyarət ediblər.

Spikerlər abidənin önünə əklil qoyublar. Sonra Azərbaycan və Latviyanın Dövlət Himnləri səsləndirilib.