Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Litvaya rəsmi səfəri çərçivəsində Vilnüs şəhərində 1990-cı il 13 yanvar qurbanlarının xatirəsini yad edib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Qeyd edilib ki, fevralın 4-də "Antakalnio" məzarlığına gələn Milli Məclisin sədri və nümayəndə heyətinin üzvləri 13 yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil qoyublar.