Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında Azərbaycan Respublikası ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda hər iki dövlətin dost və strateji tərəfdaşlıq münasibətləri vurğulanıb. “Hər iki dövlət yaxşı dost və strateji tərəfdaş olaraq qalır. Biz strateji əlaqələrimizi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!”, - XİN-in paylaşımında qeyd olunub.