06 fevral 2022 11:17
593

Türkiyə ordusu arsenalını yerli PUA-larla zənginləşdirir

Türkiyə Silahlı Qüvvələrinin quru qoşunları arsenalını yerli pilotsuz uçuş aparatları ilə zənginləşdirir.

"İki sahil" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İstehsalat Birliyinin rəhbəri İsmail Demir bildirib.

O, sosial şəbəkə hesabında yazıb ki, quru qoşunlarına təhvil verilən “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatları (SİHA) yerli imkanlar hesabına istehsal olunan CATS kameralarla da təchiz edilib.