06 fevral 2022 11:28
603

XİN: Strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik

Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində Ukrayna ilə diplomatik əlaqələrin qurulmasının 30 iliyi münasibəti ilə paylaşım edilib.

"İki sahil" xəbər verir ki, paylaşımda qeyd edilib:

"Bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür.

Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!".