Türkiyənin Daxili İşlər Nazirliyi Diyarbəkirdə 400 nəfərdən ibarət heyətlə Eren Qış-21 antiterror əməliyyatına başlayıb.
“İki sahil” xəbər verir ki, nazirlikdən verilən açıqlamada bildirilir ki, ölkədə terroru tamamilə aradan qaldırmaq üçün həyata keçirilən Eren Qış əməliyyatları xalqımızın dəstəyi ilə, inam və qətiyyətlə uğurla davam edir.
Əməliyyat PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə sığınacaq yeri müəyyən edilən terrorçuları zərərsizləşdirmək məqsədi daşıyır.