44 günlük vətən müharibəsində Vətənimizin müdafiəsi uğurunda öz canından keçən şəhid Gədəbəy rayonunun Qarıkənd kənd sakini Həsənov Etibar Ələddin oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxsləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!