07 fevral 2022 16:47
848

Azərbaycan və Cənubi Afrika səfirləri görüşüb FOTO

Azərbaycan və Cənubi Afrika Respublikasının Türkiyədəki səfirləri Rəşad MəmmədovDipuo Berta Letsatsi-Duba arasında görüş olub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyinin tviter səhifəsində məlumat yayılıb.

Görüşdə ikitərəfli münasibətlərin inkişafına dair mövzular müzakirə edilib.

Diplomatların Azərbaycan səfirliyində olduğu qeyd olunub.