Bu gün Qırğızıstanın Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti təşkil olunub.
“İki sahil” xəbər verir ki, sammiti işıqlandırmaq üçün 500-dən çox yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçib. Onlardan 434-ü xarici jurnalistlərdir və 115 media qurumunu təmsil edirlər.
Çin, Hindistan, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İran və digər ölkələrdən jurnalistlər Bişkekə gəliblər. Azərbaycan mediasının nümayəndələri də sammiti izləyərək, keçirilən görüşlər və qəbul olunan qərarlar barədə operativ məlumatlar təqdim edirlər.
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəlib
XİN: Azərbaycan strateji müttəfiq kimi Özbəkistanla tərəfdaşlığa böyük dəyər verir