07 fevral 2022 19:15
603

Əfqanıstana 747,7 ton humanitar yardım çatdırılıb

Türkiyədən humanitar yardım aparan "Yaxşılıq" qatarı Əfqanıstana çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Məlumatda bildirilir ki, Əfqanıstandakı sərt qış şərtləri səbəbindən həyat şəraitinin pisləşdiyi və 12,9 milyon uşağın təcili yardıma ehtiyacı olduğu Əfqanıstana 747,7 ton humanitar yardım aparan qatar Herat şəhərinə çatıb.