lmaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın Donetsk bölgəsinə gedib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Emine Caparova "Twitter"də bildirib.

"Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birlikdə Şirokinoya baş çəkdik. Bir vaxtlar dəniz kənarında yerləşən sahil kəndi 21-ci əsrdə apokaliptik görünür. Hərbçilər, minalar və itlər. Rusiyanın Ukraynaya təcavüzü belə görünür. Rusiyanı deskalasiyaya cəlb etməkdə göstərdiyi dəstəyə və köməyə görə Almaniyaya minnətdarıq.", - deyə nazirin birinci müavini qeyd edib.