Yevlax şəhərində abadlıq-quruculuq və yenidənqurma işləri davam etdirilir.
“İki sahil” xəbər verir ki, hazırda şəhərin Q.Quliyev və Yeni Yevlax küçələri, Heydər Əliyev prospekti boyunca piyadaların sərbəst hərəkəti üçün səkilərdə təmir-bərpa işləri həyata keçirilir. Bəzi yerlərdə səkilər genişləndirilir, bordürlər yeniləri ilə əvəz olunur, tamet daşları vurulur.