09 fevral 2022 12:55
578

Azərbaycan İstanbulda keçirilən turizm sərgisində iştirak edir - FOTO

Fevralın 9-da Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük turizm sərgilərindən biri olan EMİTT 2022 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki, sayca 25-ci olan beynəlxalq sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri milli stendimizlə təmsil olunur.

Sərgidə Azərbaycanın işğaldan azad olunun ərazilərinin turizm potensialı, Zəngəzur dəhlizi və bu dəhlizin imkanları da təbliğ ediləcək.

Sərgi fevralın 12-dək davam edəcək.