Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Yardımlı rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Yardımlı rayonunda “Gəncləri dini radikalizim və ekstremizimdən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Yardımlı rayon Gənclər və İdman idarəsinin əməkdaşları Elvəy Fətəliyev və Şəhriyar Şabıyev, rayon təhsil şöbəsinin məsul işçisi Mirnəzər Mirkazımlı, V.Nəciyev adına Yardımlı şəhər 4 saylı tam orta məktəbin direktoru Miralim Səlimov, məktəbinmüəllim və şagirdləri iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli bildirib ki, Yardımlıda dini radikalizim və ekstremizimlə mübarizə çərçivəsində maarifləndirmə mütəşəkkil həyata keçirilir. Təhlillər göstərir ki, radikalizim və ekstremizmin əsas qurbanları gənclərdir. Məhz bu səbəbdən maarifləndirmə tədbirlərinə gənclərin cəlb olunmasına xüsusi diqqət ayrılmalıdır.
Çıxış edən digər natiqlər mövzu ətrafında fikirlərini bölüşdürdülər.
Tədbirin sonunda DQİDK-nin sifarişi ilə çəkilmiş “Vətən naminə” filim nümayiş etdirilib.
Əlihüseyn Şükürov