Heydər Əliyev Fondunun dəvəti ilə Rusiyadan Bakıya gələn tanınmış mütəxəssislər paytaxt parklarında ağacların müayinəsini aparır.
“İki sahil” xəbər verir ki, son zamanlar paytaxtda və Abşeron yarımadasında Eldar şamlarının quruması və onlarda müxtəlif xəstəliklər müşahidə olunması ilə əlaqədar Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə mütəxəssislər ağaclar və torpaqları yerində müayinə edir, laborator analizlər aparırlar.