Ötən gün ölkəmizdə aparılan 19 min 844 test nəticəsində məlum olub ki, 5 min 948 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 738 min 328-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 29 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 9 min 27 nəfər təşkil edib.
Daha 7 min 60 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 679 min 316-ya yüksəldib.