12 fevral 2022 18:49
968

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 min 692 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 3 min 69, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 min 788, “buster” doza ilə peyvənd olunanların sayı 38 min 835 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 milyon 434 min 328, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 264 min 564, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 762 min 493 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 2 milyon 407 min 271 nəfərdir.