13 fevral 2022 00:38
915

İşə getmək adı ilə evdən çıxan gənc itkin düşdü

Zaqatalada 18 yaşlı gənc itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Qafqazinfo" məlumat yayıb.

Qeyd edilib ki, rayonun 3-cü Tala kənd sakini Ağaməmmədov Məlik İlqar oğlu fevralın 7-si işə getmək adıyla evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə gəncin yaxınları məlumat verib.

Məlik Ağaməmmədovun  itkin düşməsi barədə Zaqatala rayon Polis Şöbəsinə də məlumat verilib. Məlumatda bildirilir ki, Məlik Ağaməmmədov pul qazanmaq üçün rayon mərkəzində avtomobil şinlərinin təmizlənməsi ilə məşğul olurdu.

Məlik Ağaməmmədovu görənlərdən Zaqatala rayon Polis Şöbəsinə və 050 674 85 94 mobil nömrəsinə zəng etmələri xahiş edilir.