13 fevral 2022 19:21
752

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 17 min 387 test nəticəsində məlum olub ki, 6 min 841 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 745 min 169-a yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 23 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 9 min 50 nəfər təşkil edib.

Daha 6 min 772 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 686 min 88-ə yüksəlib.