Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 min 929 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 2 min 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 min 761, “buster” doza ilə peyvənd olunanların sayı 39 min 274 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 milyon 478 min 257, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 267 min 458, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 764 min 254 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 2 milyon 446 min 545 nəfərdir.