14 fevral 2022 00:07
989

Naftalanda Şəhidimiz anılıb

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Bəxtiyar Aslanovun il dönümü ilə əlaqədar Şəhidimizin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, Naftalan şəhərində əziz xatirəsi ehtiramla anılıb.

“İki sahil” xəbər verir ki, mərasimdə ŞİH başçısının müavini Arzu Məmmədov, Millət Vəkili Anar Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər Ağsaqqallar Şurasının sədri və şəhər ictimaiyyəti iştirak edib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Şəhid Bəxtiyar Aslanov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.