14 fevral 2022 14:18
1765

"Polat Alemdar" yeni serialda çəkiləcək: "Ssenarisini mən yazıram"

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialındakı "Polat Alemdar" obrazı ilə tanınan aktyor Necati Şaşmaz yeni serialda rol alacaq.

“İki sahil” xəbər verir ki, bu barədə o, Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısesin aparıcısı olduğu “İbo Show”da danışıb.

“İşlərim olur, bir platformada sevənlərimlə görüşməyi düşünürəm. Ssenarisini mən yazıram”, - deyə Şaşmaz qeyd edib.

O, həmçinin İbrahim Tatlıseslə “Dağlar dağımdır benim” mahnısını duet ifa edib.