14 fevral 2022 17:13
745

Hacıqabulda Vətən müharibəsi şəhidi Hüseyn Abbasovun doğum günü qeyd edilib - FOTO

Hacıqabul rayonunda Vətən müharibəsi şəhidi Abbasov Hüseyn Əlizadə oğlunun doğum günü qeyd edilib.

“İki sahil” xəbər verir ki, bu məqsədlə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov, rayon hüquq mühafizə orqanları və idarə-müəssisə rəhbərləri, şəhidin valideyinləri rayon Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər. Şəhidin əziz xatirəsinə hazırlanmış xüsusi hədiyyə atasına təqdim olunub.

Daha sonra anım tədbiri şəhidin təhsil aldığı Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbdə şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam etdirilib.