Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına start verilib.
1 saylı Gənclər və İdman İdarəsi və 2 saylı Mədəniyyət şöbəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
Hər iki tədbir başlamazdan öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Hesabat məruzələri ətrafında müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.
Daha sonra gündəlikdə duran ikinci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib.
Sonda iclaslarda iştirak edən YAP Cəlilabad rayon təşkilatının nümayəndəsi partiyanın yeni Proqramı barədə ətraflı məlumat verib, yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.
Orxan Vahidoğlu, "İki sahil"