Tərtərdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı sədri rayon ictimaiyyətinə təqdim olunub.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun idarə, müəsissə, təşkilat rəhbərləri, partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümumilli lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar
Tədbir Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu öndər Heydər Əliyevin ölməz ideaları əsasında və bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, YAP-ın yarandığı ilk gündən Azərbaycan dövlətinə və xalqına göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının yeni sədri Eldar Əsədovun hələ gənc yaşlarından müxtəlif sahələrdə, müxtəlif vəzifələrdə çalışdığını, zəngin təcrübəyə, dövlətə və
dövlətçiliyə sadiq olmasını qeyd edərək onu sədr təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və partiya rəhbərliyinə minnətdarlığını bildirərək bu etimadı layiqəncə doğrultmaq üçün bütün bacarıq və təcrübəsini əsirgəməyəcəyini qeyd edib. O, öz ətrafında 760 mindən artıq insanı birləşdirən Yeni Azərbaycan Partiyasını nəyin ki, ölkəmizin, eləcədə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olmasını vurğuladı. O, bütün bu nailiyyətlərin müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməldən və bu gün Prezident, partiyamızın Ssədri, cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsində ölkəmizin sürətli inkişaf yoluna davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O, öz çıxışında YAP-ın VII qurultayından sonra Nizamnamə və Əsasnaməyə, müasir çağırışları özündə ehtiva edən dəyişikliklərdən bəhs edərk , bunların partiyanın dinamik inkişafında zəruri rol oynayacağını bildirib. Hazırda görülməkdə olan işlərdən və qarşıda duran vəzifələrdən danışan Eldar Əsədov partiya üzvlərinin siyasi fəallığının daha da artılmasının zəruriliyini vurğulayıb.
Tədbirdə çıxış edən Tərtər rayon İlk Peşə İxtisas Məktəbi ərazi partiya təşkilatının sədri, Tərtər rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, 2 saylı məktəb liseyin direktoru, partiya fəalı Gülarə Əkbərova və İrəvanlı kənd ərazi partiya təşkilatının sədri Bəxtiyar Cəfərov, Rayon Gənclər və İdman İdarəsinin müdiri, idarə Ərazi Partiya Təşkilatının sədri Emin Pənahov, gənc partiya fəalı Orxan Mustafazadə, İsmayılbəyli kənd İƏD üzrə nümayəndə Aslan Babayev və başqaları Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurları ilə ölkəmizin və regionun ən güclü siyasi təşkilata çevrildiyini bildiriblər. Çıxış edənlərin hər biri Eldar Əsədovu yeni təyinatı münasibətilə təbrik edərək fəaliyyətində uğurlar arzulayıblar.
Orxan Vahidoğlu, "İki sahil"