Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov və partiya fəalları, idarə-müəssisə rəhbərləri rayonun Şorbaçı kəndində şəhid Abdulrəhmanov Şöhrət Böyükbəy oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları şəhid ailəsinin qayğıları ilə maraqlanıblar. Şəhidin əziz xatirəsinə hazırlanmış xüsusi hədiyyə ailəsinə təqdim olunub.