15 fevral 2022 17:30
871

YAP İsmayıllı  rayon təşkilatı  ərazi  partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı  rayon təşkilatının  ərazi  partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə hazırlanmış qrafikə uyğun olaraq İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi, Fazil Əzimov adına Uşaq İncəsənət məktəbi ərazi partiya  təşkilatlarında  hesabat-seçki yığıncaqları keçirilib.

İlk öncə  Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov  əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən rəhbərlik edilən Yeni Azərbaycan Partiyasının bu gün ölkədə ən nüfuzlu siyasi qurum olduğunu diqqətə çatdırıb. Azərbaycanın uğurlarında hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirən YAP-ın  atılan addımlar,  həyata keçirilən layihələrdə Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynadığını qeyd edib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənildikdən sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və təşkilatların hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub. 

Daha sonra gündəlikdə duran ikinci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. 

Yığıncaqların sonunda YAP İsmayıllı  rayon təşkilatının sədri Zaur Muradov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Orxan Vahidoğlu, "İki sahil"