15 fevral 2022 20:38
684

Ege Universiteti ilə ADAU arasında ikili proqramı əsasında kadr hazırlığı davam etdirilir FOTO

Prezidentin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2020/2021-ci tədris ilindən bu universitetlə birgə ikili proqram əsasında “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparır.

Qeyd olunan proqram üzrə Ege Universitetindən növbəti bir qrup müəllim müvafiq ixtisaslar üzrə tədris aparmaq üçün Aqrar Universitetə gəlib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlarla görüşdə müəllimləri universitetin xarici əlaqələri, ikili diplom proqramları və müasir maddi-texniki bazası barədə məlumatlandırıb.

Bildirilib ki, qarşılıqlı şəkildə aparılan kadr hazırlığı gələcəkdə ölkənin kənd təsərrüfatının inkişafına mühüm töhfələr verəcək.

Əlihüseyn Şükürov