16 fevral 2022 11:57
651

Hacıqabulda Vətən müharibəsi şəhidi Qubad Zeynalovun doğum günü qeyd edilib - FOTO

Hacıqabul rayonunda Vətən müharibəsi şəhidi Zeynalov Qubad İslam oğlunun doğum günü qeyd edilib.

“İki sahil” xəbər verir ki, şəhidin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi keçirilib.

Mərasimdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, şəhidin valideynləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediriblər.

Şəhidin əziz xatirəsinə hazırlanmış xüsusi hədiyyə ailəsinə təqdim olunub.

Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.