16 fevral 2022 19:32
598

YAP Şəmkir rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarına başlanılıb.

“İki sahil” xəbər verir ki, hesabat-seçki yığıncaqları Şəmkir Peşə Litseyi və Mehirli kənd ərazi partiya təşkilatlarında keçirilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılıb.  Nizami Əhmədov Şəmkir Peşə Litseyi ərazi partiya təşkilatının sədri, Real Qafarov sədr müavini, Röyal Qasımov Mehirli kənd ərazi partiya təşkilatının sədri, Calal Məmmədov sədr  müavini seçilib.

YAP Şəmkir rayon təşkilatının Aparat rəhbəri Şövqi Həsənov,  təşkilatın məsləhətçiləri Zamir Güvəndiyev və Azər Qəhrəmanov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək, işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.