15-16 fevral 2022-ci il tarixlərində Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatı Mədəniyyət işçiləri, Uşaq Yaradıcılıq Mərkəzi, Əli İsmayılov adına, Quşçu, Zəylik və Çovdar ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirib.
Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və aparatın məsul işçiləri iştirak ediblər.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edilib.
Yığıncaqlarda ötən dövrü əhatə edən hesabatlar dinlənilib. Eyni zamanda, YAP-ın yeni qəbul olunmuş Nizamnaməsi, üzvlük haqlarının məbləği və ödənilməsi qaydası ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad olunmasına görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Yığıncaqlarda ərazi partiya təşkilatlarının yeni sədrləri və sədr müavinləri seçilib, bir qrup gənc partiya sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət edib.
Cavid Əkbərov, “İki sahil”