Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə hazırlanmış qrafikə uyğun olaraq “İslam Həsənzadə küçəsi 197”, “İslam Həsənzadə küçəsi 19” ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
“İki sahil” xəbər verir ki, ilk öncə Vətən uğrunda canından keçən Şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda ərazi partiya təşkilatlarının partiyamızın VI Qurultayından sonrakı dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənildikdən sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və təşkilatların hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.
Yığıncaqlarda çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Möhtərəm Prezident, Partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu.
Daha sonra gündəlikdəki ikinci məsələ ilə bağlı irəli sürülən təkliflərə əsasən səsvermə nəticəsində “İslam Həsənzadə küçəsi 197” ərazi partiya təşkilatına Hüseynova İlhamə Mirzalı qızı sədr, Məmmədova Aybəniz Nəbi qızı sədr müavini, “İslam Həsənzadə küçəsi 19” ərazi partiya təşkilatına Əliyeva Almaz Asif qızı sədr, Abbasova Xalidə Abbas qızı sədr müavini seçiliblər.
Yığıncaqların sonunda YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.