16 fevral 2022 22:29
742

YAP Sabirabad rayon 2 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Sabirabad rayon 2 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

“İki sahil” xəbər verir ki, yığıncağın gündəliyində  iki məsələ olub:  Ərazi partiya təşkilatının  ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat və ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi.

Yığıncağın gündəliyində olan birinci məsələ ilə bağlı hesabat məruzəsini təqdim edən ərazi partiya təşkilatının sədri  Solmaz Səmədova hesabat dövr ərzində ərazi partiya təşkilatının fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

Sonra hesabat məruzəsi ətrafında çıxışlar başlanılıb. YAP üzvləri Nadir Quliyev və Nazim Sultanov öz çıxışlarının sonunda ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edildiyini bildiriblər.

Daha sonra gündəlikdə duran ikinci  təşkilatı məsələnin müzakirəsinə baxılıb.YAP Sabirabd rayon 2 saylı ərazi partiya təşkilatında qeydiyyatda duran partiya üzvləri  yekdilliklə  Səmədova Solmaz Əjdər qızını  ərazi partiya təşkilatının sədri və Sultanov Nazim Əli oğlunu  isə sədr müavini seçiblər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirərək öz təşəkkürlərini bildiriblər.

Yığıncağın sonunda YAP Sabirabad rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştrakılarına  görə bir sıra partiya üzüvləri Fəxri Fərmanlarla təltif olunublar.