16 fevral 2022 20:01
508

Zelenski “Qar fırtınası-2022” təlimini izləyib FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski “Qar fırtınası-2022” komanda-qərargah təlimlərinin keçirildiyi Rivne vilayətində olub.

“İki sahil” xəbər verir ki,  bu barədə o, sosial şəbəkə hesabında bildirib. 

“Birincisi, bizim oğlan və qızlarımız əlimizdə olan silahları yaxşı bilirlər. İkincisi, xarici tərəfdaşların bizə təhvil verdiyi silahları mənimsəmək üçün onlara cəmi bir neçə gün kifayət edib”, - deyə Zelenski yazıb.