16 fevral 2022 20:59
817

Salyanda Vətən müharibəsi şəhidi Əfqan Axundov yad edilib FOTO

Bu gün Vətən müharibəsi şəhidi Əfqan Hüseyn oğlu Axundovun cənnətdə doğum günüdür. 

“İki sahil” xəbər verir ki,  bu münasibətlə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri və ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi Salyan şəhərində Vətən müharibəsi şəhidi Əfqan Hüseyn oğlu Axundovun adına tikilmiş abidə xatirə kompleksinin qarşısında anım tədbirində iştirak ediblər.

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən şəhidin ailə üzvləri, qohumları, müəllimləri çıxış edərək şəhidimizin keçdiyi döyüş yolundan bəhs edərək, onun qəhrəmanlığının hər kəsə örnək olduğunu qeyd ediblər. Ümumtəhsil məktəblərinin şagirdləri şeir kompozisiyası səsləndiriblər.

Abidə xatirə kompleksinin önünə gül dəstələri qoyulmuş və şəhidlərimizin ruhlarına dualar oxunmuşdur.