17 fevral 2022 16:10
645

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının Rayon Mərkəzi Xətəxanası Publik Hüquqi şəxs, Maliyyə şöbəsi, Ağbulaq kənd və Qayğı qəsəbəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

“İki sahil” xəbər verir ki, yığıncaqlarda ərazi partiya təşkilatlarının hesabat dövründə gördükləri işlər geniş müzakirə olunub, qarşıdakı dövr üçün vəzifələr müəyyənləşdirilib. Ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.

Yığıncaqlarda təşkilati məsələlərə baxılıb. Ərazi partiya təşkilatlarına sədr və sədr müavinləri seçilib.